...

Prezident İlham Əliyev Qırğız Respublikası ilə imzalanan sazişi təsdiqlədi

Siyasət Materials 21 Noyabr 2023 13:16 (UTC +04:00)
Prezident İlham Əliyev Qırğız Respublikası ilə imzalanan sazişi təsdiqlədi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, 2023-cü il oktyabrın 12-də Bişkek şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş” təsdiq edilib.

Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Xəbər lenti

Xəbər lenti