Bakı. Trend:
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Abdullahian “X” hesabında paylaşım edib.
"Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. İran Azərbaycan və Ermənistan ilə əlaqələrin inkişafına səy göstərir”, - o qeyd edib.