...

Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş nüfuzunu daim gücləndirir - Afət Həsənova

Siyasət Materials 5 Dekabr 2023 10:53 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Bu, bir daha Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi və ölkəmizə, Prezident İlham Əliyeva etimadın yüksəlməsinin göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş nüfuzunu daim gücləndirir və qlobal səviyyədə dəsək qazanan təşəbbüslərlə çıxış edir.

“Elə bu yaxınlarda Azərbaycan SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının ilk Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürməklə və bu görüşə yüksək səviyyədə ev sahibliyi etməklə beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə vermiş oldu”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, ölkəmiz beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ən təhlükəsiz və etibarlı ölkələrdən biri kimi tanınır.

“Azərbaycan qarşıda duran qlobal çağırışların həlli istiqamətində mühüm təşəbbüslərlə çıxış edir və problemlərin həllinə öz töhfəsini verir. COVİD-19 pandemiyası dövründə Prezident İlham Əliyev çox mühüm təşəbbüslər irəli sürdü və beynəlxalq səviyyədə geniş dəstək qazandı. Elə bir faktı xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyası ilə mübarizə ilə bağlı BMT Baş Assambleyasının sessiyasının keçirilməsi haqqında təklifi dünyanın 130 ölkəsi tərəfindən dəstəkləndi.

Bundan əlavə, cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində koronavirus pandemiyası ilə mübarizə mövzusunda yüksək səviyyəli onlayn tədbirlər keçirildi və bu məsələ BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılaraq böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr vermiş oldu”, - deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan təkcə siyası baxımdan deyil, iqtisadi baxımdan da dünyada sülhün və sabitliyin, dünyanın eneji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir.

“Azərbaycan isə özünün geniş nəqliyyat-kommunikasiya infrastrukturu, iqtisadi potensialı və geniş tranzit imkanları ilə bu ölkələr arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar təqdim edir”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti