...

Beynəlxalq qurumların nümayəndələrinə qapılarımız açıq olub - MSK sədri

Siyasət Materials 8 Dekabr 2023 16:50 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq qurumların nümayəndələri müraciət edəndə həmişə qapılarımız onlara açıq olub.

Trend-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, müəyyən qərəzli münasbət görəndə də onu da açıq şəkildə müzakirə etmişik.

“Yenə də müzakirələrimiz açıq olacaq. Yenə də beynəlxalq təşkilatlar hansı məsələni qaldırsa, biz bunu açıq şəkildə ictimaiyyətə çatdıracağıq və müzakirələri də o cür aparacağıq. Mətbuatı da dəvət edəcəyik o proseslərdə iştirak etsinlər. Burda yaradılan şəraitdən istifadə etməyib gedib kimdənsə soruşub, bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”, - deyə o, əlavə edib.

Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti