...

Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşdü (FOTO)

Siyasət Materials 11 Dekabr 2023 15:59 (UTC +04:00)
Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşdü (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında bildirilib.

Görüş zamanı Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər, regional əməkdaşlıq və s. məsələlər müzakirə edilib.

Xatırladaq ki,10 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Səfər zamanı nazir Ceyhun Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti