...

Azərbaycan Ermənistanın qoşunların sərhəddən geri çəkilməsi fikri ilə razı deyil

Siyasət Materials 14 Dekabr 2023 15:47 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mən Ermənistan xarici işlər nazirinin qoşunların sərhəddən geri çəkilməsi fikri ilə razı deyiləm.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, danışıqlar zamanı müzakirə edilən məsələlərdən hər hansı bir elementi çıxararaq xüsusilə təqdim etmək çaşqınlıq yaradır.

“Ermənistan sərhədləri ilə bağlı açıq suallar var, tam razılıq olmadığı halda qoşunların geri çəkilməsi mümkünsüzdür, kim zəmanət verə bilər həmin ərazilərin təhlükəsizliyinə? Qoşunlar geri çəkilsin fikri qəbul edilən deyil. Bu gün Azərbaycan ordusu sərhədlərimizi qoruyur. Növbəti məqam ondan ibarətdir ki, Azərbaycan ordusu kiminsə istəyi və ya dəvəti ilə gəlməyib, 30 illik işğaldan sonra öz torpaqlarını işaldan azad edib və sərhədlərini qoruyur. Digər bir məqam ondan ibarətdir ki, Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər, üçüncü tərəfə həvalə edilmə biməz. Azərbaycanın bu prinsipal mövqeyi Ermənistan tərəfinə yaxşı məlumdur. Yaxşı olardı ki, Ermənistan bizim tkliflərimizə konstruktiv yanaşsın və belə olan halda müsbət nəticələr əldə etmək mümkün olar”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti