...

Rusiya Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının növbəti raundunu təşkil etməyə hazırdır

Siyasət Materials 14 Dekabr 2023 20:02 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya tərəfi yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun təşkili təklifini təsdiqləyir.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova rəsmi şərhində bildirib.

"Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun yaxın vaxtlarda Rusiyada təşkili təklifimizi təsdiq edirik", - o deyib.

Zaxarova üçtərəfli danışıqlara qayıtmağın zəruriliyini vurğulayıb və əlavə edib ki, “Rusiya Federasiyası Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarını rədd etmək cəhdlərini son dərəcə təhlükəli hesab edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti