Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Parlamentinin nümayəndələri ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” hesabında paylaşım edib.
"Böyük Britaniya parlamentinin nümayəndəsi Manzila Pola Uddin, David Duguid ilə söhbət olduqca zövq verdi", - səfir qeyd edib.