...

Səhər saatlarından seçicilərin fəallığı davam edir - Seçki komissiyasının sədri

Siyasət Materials 7 Fevral 2024 16:44 (UTC +04:00)
Səhər saatlarından seçicilərin fəallığı davam edir - Seçki komissiyasının sədri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Səhər saatlarından Azərbaycanda növbədənkənar Prezident seçkilərində seçicilərin fasiləsiz fəallığı müşahidə olunur.

Bu barədə Trend-ə 7 saylı Səbail seçki dairəsinin 10 saylı seçki məntəqəsinin seçki komissiyasının sədri Lalə Əliyeva məlumat verib.

"Məntəqəmizdə 1122 seçici qeydiyyatdadır və səhər saat 08:00-dan bizdə fasiləsiz fəaliyyət var. Özünüz də görürsünüz ki, insanlar səs vermək üçün növbəyə dayanıblar. Səsvermə prosesinin özü çox sakit, rahat şəraitdə keçir. Hər şey bizim üçün əla gedir”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti