...

Pakistan Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 8 Fevral 2024 00:05 (UTC +04:00)
Pakistan Prezidenti Prezident İlham Əliyevi təbrik edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edirik.

Trend-in məlumatına görə, bu barədə "X" sosial şəbəkəsində Pakistan Prezidenti Arif Alvi yazıb.

"Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir. Uğurlarınızın davamlı olmasını arzu edirik!", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda keçirilən Prezident seçkilərində bülletenlərin 54,47 faizinin hesablanmasından sonra İlham Əliyev 92,1 faiz səslə liderdir.

ABŞ-ın “Oracle Advisory Group” təşkilatının Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası ilə birgə keçirdiyi “exit-poll”un nəticələrinə əsasən, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

“Sosioloji Araşdırmalar Mərkəzi” MMC-nin məlumatına görə, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzinin keçirdiyi “exit-poll”un nəticələrinə görə, seçicilərin 92,6 faizi İlham Əliyevə səs verib.

Müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər ölkənin bütün ərazisini, o cümlədən işğaldan azad edilmiş torpaqları əhatə edib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti