...

İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər uğurlarla, qələbələrlə dolu olub

Siyasət Materials 16 Fevral 2024 13:59 (UTC +04:00)
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər uğurlarla, qələbələrlə dolu olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdi illər uğurlarla dolu, qələbələrlə dolu illər olub. Məhz İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan özünün inkişafının ən yüksək zirvəsinə çatıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdi ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir.

“Cənab Prezident bu illər ərzində xalqımıza verdiyi bütün sözünü tutdu, nəinki tutdu, daha artığını etdi, Azərbaycanı dünya arenasında qüdrətli və nüfuzlu, ən əsası isə qalib ölkəyə çevirdi. Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə bütün sahələrdə, o cümlədən, ordu quruculuğu sahəsində geniş islahatlar həyata keçirildi, dayanıqlı iqtisadiyyata nail olundu, ordumuz dünyanın ən güclü ordularından birinə çevrildi, ölkəmiz beynəlxalq nüfuzunu və mövqeyini gücləndirdi, etibarlı tərəfdaşa çevrildi”, - deyə deputat bildirib.

O qeyd edib ki, müdrik xalqımız hər şey yaxşı görür və qiymətləndirir.

“Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 200 ildə ilk dəfə olaraq torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi, 200 ildə Azərbaycan xalqına qarşı aparılan işğalçılıq və soyqırımı siyasətinə birdəfəlik son qoyuldu, xalqımızın 30 illik vətən həsrəti sona çatdı və xalqımız qalib xalqa çevrildi.

Qədirbilən xalqımız cənab Prezidentin bu illər ərzində Azərbaycanı hansı zirvələrə ucaltdığını çox yaxşı görür və bu səbəbdən də iyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 20 ildə Azərbaycan sosial-iqtisadi sahədə də böyük nailiyyətlər əldə edib.

“Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Bununla yanaşı, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Belə ki, əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, Azərbaycan xalqı 7 fevralda yenidən İlham Əliyevə səs verməklə ölkəmizin firavan, təhlükəsiz gələcəyini, Azərbaycanın yeni zirvələrə çıxmasını təmin etmiş oldu.

“Qalib ölkə olaraq Azərbaycan regionda yeni reallıq yaradıb, yeni dövrə qədəm qoyub və ölkəmizin qarşısında yeni prioritetlər dayanır. Azərbaycanı yeni dövrdə uğurla inkişaf etdirəcək yeganə lider İlham Əliyevdir”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti