...

Çinin səfiri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb

Siyasət Materials 8 Mart 2024 20:22 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirlikdən Trend-ə bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti