...

Qərbi zəhərləyən kloun - İslamofob ideyasının "banisi" yenə qan axtarır

Siyasət Materials 9 Mart 2024 13:50 (UTC +04:00)
Qərbi zəhərləyən kloun - İslamofob ideyasının "banisi" yenə qan axtarır
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Humanist, bəşəri dəyərlərə önəm verilən cəmiyyətlərdə nifrət və ikrah doğuran proseslərə şahidlik etmək təəssüf doğurmaya bilməz. Bunu məhz həmin cəmiyyəti idarə edən dövlətin həyata keçirməsi isə dövlətlə cəmiyyət arasında əvvəl-axır böyük bir uçurumun yaranmasına gətirib çıxaracağı qaçılmazdır.

Bunu bilmək üçün sadəcə son 100 ildə baş verənlərə nəzər salmaq kifayət edər. Ən azı, faşizmin bəşəriyyətə hansı fəlakətlər gətirdiyi hər birimizə bəllidir. Sivil dünyada şovinistləri cəmiyyətin “üzqarası” sayırlar. Lakin bu xoşagəlməz tendensiya Qərbdə hər ötən gün daha geniş vüsət almağa başlayıb.

Söhbətin konkret olaraq hansı ölkədən getdiyi gün kimi aydındır. İslamofobiya bu gün Fransa hakimiyyətinin yeritdiyi siyasətin ana xəttini təşkil edir. Bu ölkədə son illər qatı millətçilərə, şovinistlərə meydan verildiyi hər kəsə bəllidir. Bir dövlətin rəhbəri şovinist olarsa, ən böyük faciələr bax o zaman başlamış olar. Necə ki, Fransanı idarə edən Emmanuel Makron bu qəbildəndir. Dövlətin böyük dəstək verdiyi sözügedən millətçilərin, şovinistlərin hədəfinə tuş gələnlər isə, ilk növbədə, biçarə müsəlmanlardır.

Artıq Fransada müsəlmanları aşağılamaq, ikinci növ vətəndaş hesab etmək sanki qanunla dəstəklənir görüntüsü yaranmaqdadır. Böyük məyusluqla qeyd edə bilərik ki, hazırda Fransada reallıq bundan ibarətdir ki, islamofobiya orada adi həyat tərzinə çevrilib. Bu vəziyyətə görə isə, şübhəsiz ki, ən böyük məsuliyyəti məhz dövlətin başında dayanıb, müsəlmanın ayağı qədər də düşünə bilməyən Emmanuel Makron daşıyır.

Makronun ölkəsində islamofobiyanın acınacaqlı duruma çatdığından xəbəri olduğu istisna edilmir. O da istisna deyil ki, hər şey onun əyləşdiyi Yelisey sarayından idarə olunur. Fransanın hazırda Azərbaycana qarşı ikili standartlardan xəbər verən bəyanatları, addımları və Cənubi Qafqazdakı vəziyyəti yenidən qarışdırmaq niyyəti də məhz bu kimi neqativ proseslərdən irəli gəlir.

Lakin Emmanuel Makronun rəhbəri olduğu dövlət bir məsələni yaxşı bilməlidir ki, insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, qanunvericilik strukturlarında geniş rüşvətxorluq və korrupsiya hallarının yayıldığı, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının geniş vüsət aldığı, habelə bir sıra digər insan hüquqları pozuntularına qarşı tədbirlər görməyən rəsmi Parisin Bakıya qarşı iddialar səsləndirməyə, Azərbaycanı beynəlxalq hüququn guya hansısa prinsiplərinə zidd davranmaqda ittiham etməyə heç bir mənəvi haqqı yoxdur.

Yaxşı olar ki, Fransa başqa ölkələrin daxili işlərinə burun soxmaq əvəzinə, özünün daxili və xarici siyasətindəki sadalamaqla bitməyən neqativ halların aradan qaldırılması istiqamətində addımlarla gündəmə gəlsin. Fransa hakimiyyətində önəmli postları tutan şovinist siyasətçilərin müsəlman ölkələrindən olan mühacirləri özlərinin mənsub olduqları cəmiyyət üçün “yad ünsürlər” hesab etməyə davam etdikləri müddətcə hansısa normal cəmiyyətdən söhbət gedə bilməz.

İslam dininin daşıyıcılarına qarşı aşağılayıcı, hətta təxribat xarakterli çıxış və bəyanatlar səsləndirməkdən belə çəkinməyən sözügedən dövlətin önəmli isimlərinin bununla Fransa cəmiyyətində İslama, müsəlmanlara qarşı nifrəti alovlandırmağa xidmət etdiklərini çox yaxşı başa düşürük. Bu cür iyrənc, xoşagəlməz təbliğatın arxasında "xoruzlar ölkəsi”ndəki şovinist siyasətin əsas siması olan prezident Makron yer alır. Məhz onun uğursuz idarəçiliyi ilə Fransa "demokratiya beşiyindən" kin və küdurət ölkəsinə çevrilib. Bu rüsvayçı deformasiyaya görə günahkar isim Emmanuel Makrondur!

Fransada yaranmış belə bir aşağılayıcı mühitdə müsəlmanlara qarşı cinayətlərin sayının durmadan artması deyilənlərin təsdiqidir. Bir şey ki, son 3 ildə müsəlmanlar əleyhinə törədilən cinayətlərin sayında Fransa Qərb ölkələri arasında “lider” olub. Başqa bir problem isə budur ki, Fransa məhkəmələri suçları oldu-olmadı, ərəb mühacirləri cəzalandırmağı əsas "vəzifə" hesab edirlər.

Lakin dünya birliyi Fransada islamofobiyanın kəskin güclənməsinin fərqindədir. Bu istiqamətdə xüsusilə rəsmi Bakının fəallığını qeyd etməmək günah olar. Hazırda da Bakıda davam edən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransda da iştirak edən bir çox xalqların nümayəndələri açqlamalarında, səsləndirdikləri bəyanatlarda Fransada islamofobiya təzahürlərinin güclənməsindən narahatlıqlarını bir daha dilə gətirirlər.

Ölkə daxilindəki proseslərdə kin-küdurəti təbliğ etdiyi azmış kimi, bu gün bacardığı qədər ölkə xaricindəki bir çox keçmiş və yeni müharibə ocaqlarını da əlindən gəldiyi qədər sönməyə qoymamağa çalışan Makronun "əməyi" hazırda müxtəlif coğrafiyalarda özünü əks etdirir. Rusiya-Ukrayna münaqişəsi hələ başlamamışdan öncə Kiyevə dəstəyini hər çıxışında ifadə edən, onu Rusiyaya qarşı savaşa sürükləyən bəyanatlarla diqqət mərkəzinı düşən Fransa prezidenti Şərqi Avropadakı proseslərə nədənsə susqun və gözəgörünməz libası geyinib.

Afrikada müstəmləkəçilik siyasətinin getdikcə fiaskoya uğraması Makronun sanki "toyuq korluğu" xəstəliyinə səbəb oldu. Rəsmi Parisin atdığı addımların başqa adı yoxdur. Ən dəhşətli məqam isə ondan ibarətdir ki, bu gün Qərbdə Fransa öz dominantlığını qoruyub-saxlamaq üçün məhz qaynar nöqtələrdəki qarmaqarışıqlıqdan yararlanmaq niyyətindədir. Hazırda bir çox Qərb təsisatlarında vəziyyəti ələ almağa çalışan Fransa bu qurumlarda beynəlxalq hüquq, ədalətlilik prinsiplərini də arxa plana qoyaraq, özünə və müttəfiqlərinə sərf edən şəkildə davranışlar sərgilməkdədir.

Təkcə onu demək kifayətdir ki, təxminən 1 il öncə guya Azərbaycanın mümkün hucumundan qorumaq üçün "forpostuna" çevirməyə başladığı Ermənistana jandarmlar göndərən Fransa hökuməti 1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərində Əlcəzairdə suverenlik tələb edən milyon yarım vətənpərvəri qətlə yetirdiyini hələ də danır. Amma həmin Fransa hələ 1998-ci ildə saxta “erməni soyqırımı”nı tanıyıb və bu ölkədə bu gün sözdə “erməni soyqırımı”nı rədd etmək cinayət sayılır.

İndi isə yeni macəra axtarışında olan Fransa dayanmadan Ermənistanı silahlandıraraq, bölgədə yenidən vəziyyəti gərginləşdirərək, Cənubi Qafqaza daxil olmaq istiqamətində yollar axtarışını sürətləndirəcəyi qənaətindədir. Lakin Azərbaycan bu gün heç bir qüvvəyə o imkanı verməyəcək ki, bu regionda onun ərazi bütövlüyünə təhdid olacaq hər hansı bir addım atsın. Ermənistan bu məsələdə yenidən "maşalıq" etməyə hazırdırsa, onu nələr gözlədiyini də bilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti