Lui Bono Azərbaycana gələcək

Siyasət Materials 13 Mart 2024 16:20 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ-nin Bakıdakı səfirliyindən Trend-ə bildiriblər.

"ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfəri zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunması üzrə səyləri müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək", - deyə səfirlikdən vurğulanıb.

Qeyd edək ki, Lui Bono ABŞ-nin Bakı və İrəvan arasında sülh prosesinə dəstəyini, eləcə də, davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez Cənubi Qafqaz regionuna səfər edir.

O, mütəmadi olaraq sülh prosesini dəstəkləmək üçün Azərbaycanda və Ermənistanda bir sıra maraqlı tərəflərlə təmasda olur.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti