...

Bu şəxslər birbaşa müsahibədən keçdikdən sonra işə qəbul olunduqları üçün yaş həddi tətbiq edilmir - Anar Rzayev

Siyasət Materials 13 Mart 2024 17:01 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vergi orqanlarında işə qəbul yaşı 35 yaşdır, ancaq bir kateqoriyada olan şəxslər var ki, onlara yaş məhdudiyyəti tətbiq olunmur.

Trend-in məlumatına görə, bunu Vergi Xidmətinin Hüquq Baş idarəsinin rəisi Anar Rzayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklikliyin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, həmin şəxslər birbaşa müsahibədən keçdikdən sonra işə qəbul olunduqları üçün yaş həddi tətbiq edilmir.

“Həmin şəxslər daha çox yuxarı vəzifələrə təyin olunan şəxslərdir. Məsələn, xidmət rəisinin müşaviri vəzifəsi, baş idarə rəisi vəzifəsi. Onlar ilk dəfə vəzifəyə qəbul olunanda bugünkü günə əsaslanaraq, onlara ən aşağı rütbəni verməyə məcbur idik. Bu da mövcud vəzifəyə uyğun gəlmədiyinə görə layihəyə təklif olunan dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, həmin vəzifəyə təyin edilən şəxslər o vəzifə üçün nəzərdə tutulmuş ən minimal rütbəyə malik olsunlar”, - deyə o qeyd edib.

Qeyd edək ki, vergi orqanlarında ilk dəfə rəhbər vəzifəli şəxs kimi xidmətə qəbul olunan şəxslərə münasibətdə xüsusi rütbənin verilməsinin rejimi də müəyyən edilib. Burada da hər hansı sui-istifadəyə yol verilməməsi və yaxud bu səlahiyyətin qeyri-məhdud həcmdə müəyyən edilməməməsi üçün müəyyən məhdudiyyətlər, konkret şərtlər var.

Xəbər lenti

Xəbər lenti