Əli Əsədov Ümumdünya Buxara Yəhudiləri Konqresinin prezidenti ilə görüşüb

Siyasət Materials 13 Mart 2024 18:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Baş nazir Əli Əsədov Dünya Buxara Yəhudiləri Konqresinin prezidenti Lev Leviyev ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, görüşdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi və multikultural dəyərlərin təbliği istiqamətində ardıcıl siyasətin uğurla davam etdirildiyi vurğulanıb.

Qeyd olunub ki, ölkədə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən, yəhudi icmasının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün hər cür şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti