Bakı. Trend:
Martın 15-i Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə birgə mətbuat konfransı keçirilib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşü keçirilib.
Görüşdə üçtərəfli regional əməkdaşlıq, regionda və dünyada baş verən və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb, növbəti görüşün keçiriləcəyi yer müəyyən edilib və Bakı bəyannaməsi qəbul edilib.