...

Konqo Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb (FOTO)

Siyasət Materials 3 Aprel 2024 16:51 (UTC +04:00)
Konqo Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb (FOTO)

Bakı. Trend:

Ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Trend xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Xəbər lenti

Xəbər lenti