...

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 4 Aprel 2024 15:38 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizin müdrik liderliyiniz və hökumətinizin paraidman təşəbbüslərinə fəal sərmayə qoyması ilə Azərbaycan Respublikası Paralimpiya Hərəkatında köklü dəyişikliklərə nail olub.

Bir daha Sizə səmimi təbriklərimi çatdırır və paraidman növlərinin daha da inkişafı üçün birgə səylərimizin davam edəcəyinə əmin olduğumu bildirirəm".

Xəbər lenti

Xəbər lenti