...

Fransanın Ermənistandakı səfiri yenidən Zəngəzura səfər edəcəyini bildirib

Siyasət Materials 11 Aprel 2024 14:40 (UTC +04:00)
Fransanın Ermənistandakı səfiri yenidən Zəngəzura səfər edəcəyini bildirib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini yenidən Zəngəzura səfər edəcəyini bildirib.

Trend xəbər verir ki, səfir bu barədə "X" platformasında məlumat paylaşıb.

"Bu gün yenidən Sünikə (Zəngəzur) yola düşürəm", - paylaşımda deyilir.

Qeyd edək ki, bu addımlar Fransanın Cənubi Qafqaz bölgəsində sülhün bərpa olunmasından daha çox gərginliyi artmasında maraqlı olduğunu bir daha sübut edir. Görünür, Paşinyan hökuməti Fransanın və digər Qərb ölkələrinin əsl niyyətinin bölgədə sülhü bərpa etmək deyil, gərginlik yaradaraq, Ermənistandan öz məqsədləri üçün istifadə etmək olduğunu anlamaqda çətinlik çəkir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti