...

Azərbaycan hər zaman Fransanın qərəzli, terrora dəstək siyasətindən əziyyət çəkib - Deputat

Siyasət Materials 13 Aprel 2024 13:14 (UTC +04:00)
Azərbaycan hər zaman Fransanın qərəzli, terrora dəstək siyasətindən əziyyət çəkib - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa tarixdə müstəmləkəçi, terrora dəstək verən ölkə kimi düşüb. Fransanın terrora dəstək verməsi ilə bağlı kifayət qədər faktlar mövcuddur. Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini D.Medvedevin bəyan etdiyi kimi Moskvadakı terror aktının da arxasında Fransa və Makron durur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman Fransanın qərəzli, terrora dəstək siyasətindən əziyyət çəkib.

“Fransanın erməni terroruna dəstəyi heç kimə sirr deyil. Azərbaycan xalqı, ümumilikdə türk dünyası Fransanın terrora dəstəyindən böyük əziyyət çəkib. Fransa ermənilərin daim sərbəst hərəkət etdikləri bir ölkə olub və Fransa uzun illərdir ki, ermənilərin terror qruplaşmalarını maliyyələşdirir. "Orli qrupu" adlanan terror təşkilatı 1981-ci ildə məhz Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb və təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib, bir çox millətlərin nümayəndələrini qətlə yetiriblər.

Bundan əlavə "Erməni azadlıq hərəkatı" da (AOD) 1991-ci ildə Fransada yaradılıb və terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir. Eyni zamanda ASALA terror təşkilatının üzvlərinin əsas sığınacaq yeri də məhz Fransa olub”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Fransa bu gün Qarabağ ermənilərindən ibarət legion hazırlayır və onları Ukrayna cəbhəsinə göndərməyə çalışır.

“Bu terrorçuların gələcəkdə Azərbaycana qarşı da istifadə olunacağı istisna deyil. Fransa xüsusi xidmət orqanları tərəfindən Azərbaycan əsilli iş adamlarına məxsus Krokus konsert zalında bu terrorun törədilməsi də Fransanın terror siyasətinin davamıdır. Bu terror aktının məhz Azərbaycan əsilli iş adamına məxsus məkanda törədilməsi də təsadüfi deyildi. Fransa bu yolla iki çirkin məqsədinə nail olmağa çalışıb. Beləki, həm Azərbaycan və Rusiya arasında əlaqələri zədələmək, həm də Rusiyada dini və etnik zəmində nifaq yaratmaq istəyirdi.

Göründüyü kimi, Fransa öz terrorçuluq siyasətindən əl çəkmək niyyətində deyil. Bu addımları ilə riyakar və ikiüzlü bir dövlət olduğunu göstərir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti