...

Azərbaycan və Ermənistan sərhədçiləri Qazax istiqamətində xidmətə başlayır

Siyasət Materials 24 May 2024 10:44 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları bu gündən Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində sərhəd mühafizəsini öz üzərinə götürür.

Trend xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2024-cü il iyulun 24-dək Kirants yaşayış məntəqəsində dövlət sərhədinin 5,8 km-lik hissəsinin mühafizəsi keçid sxemi üzrə həyata keçiriləcək.

Həmçinin o da qeyd olunub ki, Azərbaycan Respublikasının qeyd olunan istiqamətlərində dövlət sərhədinin mühafizəsi bu il mayın 24-dən etibarən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, 15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti