...

Bir sıra Qərb dairələri öz ambisiyalarından əl çəkmir - Sahil Kərimli (VİDEO)

Siyasət Materials 31 May 2024 17:40 (UTC +04:00)
Bir sıra Qərb dairələri öz ambisiyalarından əl çəkmir - Sahil Kərimli (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesində bir sıra Qərb dairələri öz ambisiyalarından əl çəkmir.

Trend xəbər verir ki, bunu Arb24-ə açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

S. Kərimli əlavə edib ki, sülh prosesi son dönəmlər irəliyə doğru gedir.

"Qərb dairələri isə Ermənistanda müəyyən iğtişaşlar törətməklə bu prosesə mane olmaq niyyəti güdür. Regionumuzda Qərbin Ermənistana və Gürcüstana təsir güclərini artırması nə ilə bağlıdır? Həmin dairələr bölgədə öz hegemonluqlarını yaratmağa yönəlmiş addımlar atırlar. Bunu biz həm Gürcüstanda, həm də Ermənistanda görürük. Azərbaycana isə nüfuz edə bilmirlər, çünki, qətiyyətli və çevik tədbirlərlə müdaxilələrin qarşısı vaxtında alınır", deyə siyasi şərhçi əlavə edib.

Verilişin geniş versiyasını təqdim edirik:

Xəbər lenti

Xəbər lenti