...

TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir - Zafer Sırakaya

Siyasət Materials 15 İyun 2024 12:48 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin parlamentlərarası və siyasi partiyalar arasında əlaqələri birliyimiz üçün önəmlidir.

Trend xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin Xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zafer Sırakaya “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” panel sessiyada deyib.

Bu il Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünü qeyd etdiyini diqqətə çatdıran Zafer Sırakaya qardaş ölkəni möhtəşəm qələbələri və uğurları münasibətilə təbrik edib.

O, geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda Türk dünyasının daha da güclənməsinin vacibliyini qeyd edib.

Türkiyə və Azərbaycan arasındakı əlaqələrin geniş spektri əhatə etdiyini vurğulayan Z.Sırakaya dünyada mövcud olan qarşıdurmalardan danışıb və bu münaqişələrin insanlığa zərər verdiyini qeyd edib.

Əsrimizi Türk əsri adlandıran TBMM üzvü qeyd edib ki, TDT tarixdə ilk dəfə olaraq türk dövlətlərini bu qədər yaxın bir araya gətirib. O, ümidvar olduğunu bildirib ki, bu birlik, qardaşlıq gələcəkdə daha da möhkəmlənəcək.

Xəbər lenti

Xəbər lenti