...

Daha 5 partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Siyasət Materials 12 İyul 2024 16:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) daha 5 partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

Trend xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılıb və Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq Ədalət Partiyası, Ağ Partiyasının səlahiyyətli nümayəndələri qeydə alıb.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti