...

Prezident İlham Əliyev Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının Siyahısını genişləndirib - FƏRMAN

Siyasət Materials 15 Avqust 2024 14:31 (UTC +04:00)
Prezident İlham Əliyev Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının Siyahısını genişləndirib - FƏRMAN

Bakı. Trend:

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı genişlənib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, siyahıya aşağıdakı qurumlar əlavə edilib:

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti