...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib (YENİLƏNİB)

Siyasət Materials 9 Sentyabr 2024 16:10 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib (YENİLƏNİB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda sentyabrın 1də keçirilmiş parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş müraciələrə baxılıb.

Eyni zamanda iclasda MSK-nın 4 və 5 sentyabr tarixlərində keçirilən iclaslarının protokollarının təsdiq edilməsi məsələsinə baxılıb.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti