...

Slovakiya şirkətlərinin Qarabağda yeni layihələrə cəlb olunması üçün perspektivlər var - Anar Axundov

Siyasət Materials 25 Sentyabr 2024 16:32 (UTC +04:00)
Slovakiya şirkətlərinin Qarabağda yeni layihələrə cəlb olunması üçün perspektivlər var - Anar Axundov
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya şirkətləri Azərbaycanın Ağdam rayonundakı "ağıllı kənd" layihəsində iştirak edirlər və onların işğaldan azad edilmiş ərazilərdə digər layihələrə də cəlb olunması üçün perspektivləri var.

Trend xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda Azərbaycan-Slovakiya biznes forumunda çıxış edərkən bildirib.

"Digər xarici şirkətlərlə yanaşı, Slovakiya şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasında iştirak edirlər.

Slovakiya şirkətləri tərəfindən Ağdam rayonundakı Baş Qərvənd kəndində uğurla həyata keçirilən "ağıllı kənd" layihəsi ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişləndirilə biləcəyini göstərir", - o deyib.

Qeyd edək ki, Bakıda azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov və Slovakiya iqtisadiyyat nazirinin müavini Kamil Şaşko çıxış ediblər.

Forumda, həmçinin, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, Slovakiyanın İnvestisiya və Ticarət Agentliyinin (SARIO) baş direktorunun müavini, beynəlxalq ticarət departamentinin direktoru Eqon Zorad iştirak edib.

Xəbər lenti

Xəbər lenti