Bakı. Trend:
BMT Baş Assambleyası 79-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov, Özbəkistan Respublikasının Xarici İşlər Naziri Baxtiyor Saidov ilə görüşərək, iki ölkə arasında qardaşlıq, dostluq və həmrəylik prinsiplərinə əsaslanan müttəfiq münasibətlərin siyasi, iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdəki aspektlərini müzakirə edib.
Trend xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib.
Xarici işlər naziri Bayramov, COP29-a hazırlıq prosesini və münaqişədən sonrakı regional vəziyyəti də diqqətə çatdırıb.
Xəbər yenilənir