...

Belaruslu milli qəhrəmanımızın anasına Azərbaycanın Ali rəhbərliyi adından hədiyyə və yardım çadırılıb (FOTO)

Siyasət Materials 7 Oktyabr 2024 11:00 (UTC +04:00)
Belaruslu milli qəhrəmanımızın anasına Azərbaycanın Ali rəhbərliyi adından hədiyyə və yardım çadırılıb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

1992-ci il iyunda Ağdam istiqamətində gedən ağır döyüşlərdə başından yaralanmış və vəfat etmiş Belarus vətəndaşı Anatoli Davıdoviçin ailəsi daim Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunur.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarusa rəsmi səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycanın belarus əsilli milli qəhramanı Anatoli Davidoviçin anası Kima Andreyevnanın yaşayışı, səhhəti ilə maraqlanıb. Azərbaycanın Ali rəhbərliyi adından hədiyyələr və yardım milli qəhrəmanın anasına çatdırılıb.

Kima Andreyeva Azərbaycan xalqına, dövlətinə, Ali rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Anatoli Davidoviç 1965-ci ildə Belarus Respublikasının Slutsk şəhərində doğulub. 1992-ci ilin iyununadək SSRİ, sonra Rusiya Silahlı Qüvvəlarində xidmət etmişdir. Mayor rütbəsinədək yüksələn Anatoli 1992-ci ilin iyunundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. O, N saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. Dərin biliyə malik olan belorusiyalı zabit Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsinə böyük töhfələr verib, topçu mütəxəssislər hazırlanmasında özünün bilik və təcrübəsini əsirgəmiyib.

1992-ci il iyunun 9-da, Ağdam istiqamətində gedən ağır döyüşlərdə başından yaralanır. Həkimlərin səylərinə baxmayaraq 1992-ci il iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında dünyasını dəyişir. Onun qəbiri Belarus Respublikasının Sulutsk şəhərindədir.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir

Xəbər lenti

Xəbər lenti