...

MDB konstruktiv qarşılıqlı fəaliyyətin müsbət nümunəsini nümayiş etdirir - Valentina Matviyenko

Siyasət Materials 8 Oktyabr 2024 19:04 (UTC +04:00)
MDB konstruktiv qarşılıqlı fəaliyyətin müsbət nümunəsini nümayiş etdirir - Valentina Matviyenko
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Moskva. Trend:

Müstəqil Dövlətlər Birliyi (MDB) konstruktiv qarşılıqlı fəaliyyətin müsbət nümunəsini nümayiş etdirir.

Trend xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının geniş tərkibdə keçirilən iclasında deyib.

"Bu, ilk növbədə, MDB ölkələrinin rəhbərlərinin xidmətidir. Bu prosesdə deputatların da böyük rolu var. MDB Parlamentlərarası Assambleyası dialoq platforması kimi öz səmərəliliyini göstərdi. Biz həmfikir insanlardan ibarət bir komanda kimi işləyirik", - deyə o bildirib.

Matviyenko yeni reallıqlarda Assambleyanın təcrübəsinin etimadı gücləndirməyə kömək edəcəyindən əmin olduğunu qeyd edib.

Qeyd edək ki, bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının məhdud və geniş tərkibdə iclası keçirilib.

Xəbər lenti

Xəbər lenti