...

COP sədri qismində Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib - Baydenin müşaviri

Siyasət Materials 9 Oktyabr 2024 16:28 (UTC +04:00)

Bakı. Trend:

COP sədri qismində Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib.

Trend xəbər verir ki, bunu ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib.

Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb. Con Podesta deyib ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib.

O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirib.

Xəbər lenti

Xəbər lenti