...

Bakıda TDT ölkələrinin ekologiya nazirlərinin ilk iclası keçiriləcək

Siyasət Materials 17 Oktyabr 2024 14:58 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında qeyd edilib.

Bildirilib ki, iclasın 20 noyabr tarixində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti