...

Ermənistan beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməlidir - Nazir müavini

Siyasət Materials 6 Dekabr 2024 13:45 (UTC +04:00)
Ermənistan beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməlidir - Nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə nazir müavini post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, habelə beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti