Bakı.Trend
Bu gün Azərbaycan parlamentinin 106 il dönümündə iştirak etməkdən çox qürurluyam.
Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay söyləyib.
"Son parlament seçkilərinin müvəffəqiyətlə keçirilməsinə görə sizə uğurlar arzulayıram", - o bildirib.
Qeyd edək ki, dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilib. Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb. Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa da keçiriləcək. Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.
Beynəlxalq konfrans dekabrın 8-də yekunlaşacaq.