...

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır

Siyasət Materials 13 Dekabr 2024 15:01 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır.

Trend xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.

Hazırda ehtiyat şəxsi heyətinin yaradılmasına rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız sayılmış kişi cinsindən olan çağırış yaşlı (18—35 yaşlı) vətəndaşlar; Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında” Qanununun tələblərinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fərmanlarına uyğun olaraq həqiqi hərbi xidmətdən möhlət almış və son çağırış yaşına (35 yaşa) qədər hərbi xidmət keçməyən kişi cinsindən olan vətəndaşlar və digər kateqoriyadan olan vətəndaşlar cəlb edilir.

Dəyişikliyə əsasən isə 35 yaş həddi 30-a endirilir.

Xəbər lenti

Xəbər lenti