...

Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - Böyük Britaniya” filminin təqdimatı olub (FOTO)

Siyasət Materials 4 Mart 2025 23:42 (UTC +04:00)
Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - Böyük Britaniya” filminin təqdimatı olub (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 4-də Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Böyük Britaniya Krallığına rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə - Böyük Britaniya” sənədli filminin təqdimatı olub.

Trend xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib.

Ekran əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib bildirib ki, tamaşaçıları Ümummilli Lider Heydər Əliyevin səfər etdiyi Böyük Britaniyanın tarixi şəhərləri - London vǝ Edinburqa aparan film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. O qeyd edib ki, filmdə, eyni zamanda, Ulu Öndərin Azərbaycanla Böyük Britaniya arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunur.

Filmin çəkilişləri London və Edinburq şəhərlərində aparılıb. Bu, Ümummilli Lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusundan artıq dördüncü filmdir. Birinci film Ulu Öndərin İtaliya səfərinə, ikinci film Yaponiya səfərinə, üçüncü film Çin səfərinə, dördüncü film isə Böyük Britaniya səfərinə həsr olunub. Layihə çərçivəsində Heydər Əliyevin müxtəlif xarici səfərləri və onların tarixi əhəmiyyəti işıqlandırılır.

“Bir səfərin izi ilə” filmlər toplusu Ulu Öndər Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir.

İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj üzrə mütəxəssis Elmar Tariyeloğlu daxildir.

Film milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”nın (AZAL), “bp-Azərbaycan” şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin dəstəyi ilə ərsəyə gəlib.

Xəbər lenti

Xəbər lenti