...

ADA Universitetində “Dünyada İtalyan Dizayn Günü” tədbiri keçirilib (FOTO)

Siyasət Materials 12 Mart 2025 16:18 (UTC +04:00)
ADA Universitetində “Dünyada İtalyan Dizayn Günü” tədbiri keçirilib (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Martın 12-si ADA Universitetində “Dünyada İtalyan Dizayn Günü” adlı tədbirin 9-cu buraxılışı keçirilib. Builki tədbir “Bərabərsizliklər – Daha Yaxşı Bir Həyat üçün Dizayn” mövzusuna həsr edilib.

Trend xəbər verir ki, İtaliyanın Bakıdakı Səfirliyinin, İtaliya Ticarət Agentliyinin, ADA Universitetinin və Milan Politexnik Universitetinin birgə əməkdaşlığı ilə təşkil edilən tədbir davamlı inkişafın aparıcı qüvvəsi kimi ərazilərin potensialını vurğulamaq məqsədilə təşkil edilib.

Tədbiri ADA Universitetinin Dizayn və Memarlıq fakültəsinin dekanının müavini Nora Lombardini açıb.

Daha sonra Səfir Luka Di Cianfrançesko çıxış edib.

Səfir salamlama nitqində İtaliya-Azərbaycan Universitetinin ikitərəfli əməkdaşlığın aparıcı qüvvəsi kimi əhəmiyyətini xatırladıb və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Milan Politexnik Universiteti tərəfindən Memarlıq və Dizayn fakültəsinin ilkin kurslarının açılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

İtaliya və Azərbaycan arasında uğurlu əməkdaşlığın nümunəsi kimi Səfir, Simmetrico Network şirkətinin ölkədəki təcrübəsini yüksək qiymətləndirib və eyni zamanda, Heydər Əliyev Fondunun növbəti Venesiya Memarlıq Biennalesində Azərbaycanın iştirakını təşviq etməklə mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm rolunu vurğulayıb.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Dizayn və Memarlıq fakültəsinin dekanı Silvia Ferraris təhsil üzrə əməkdaşlığın ölkələrarası münasibətlərə təsirinə toxunublar.

Milan Politexnik Universitetinin Memarlıq və Dizayn departamentləri adından professor Daniela Selloni, professor Ponzini və professor Lombardini, Simmetrico Şəbəkəsinin prezidenti və kreativ direktoru Daniele Zambelli çıxış ediblər.

Tədbirdə həmçinin Heydər Əliyev Mərkəzinin nümayəndəsi Rəna Məmmədova çıxış edərək Heydər Əliyev Fondunun layihələrindən bəhs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti