...

Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir - Sahibə Qafarova

Siyasət Materials 17 Mart 2025 15:27 (UTC +04:00)
Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir - Sahibə Qafarova
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlərin keçirilməsi konstruktiv qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir.

Trend xəbər verir ki, bu sözləri martın 17-də Bakıda keçirilən Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Parlamentlərarası əməkdaşlıq komissiyasından danışan Sahibə Qafarova qeyd edib: “Komissiyanın fəaliyyəti siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığının inkişafına kömək məqsədi daşıyır. Xüsusi qeyd etmək istərdim ki, Komissiya Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələrin tənzimlənməsi üçün real və effektiv mexanizmdir. Bunun konkret nəticələri var. Komissiyanın fəaliyyəti ümumi problemlərin həllinə birgə yanaşmaların işlənib hazırlanmasına kömək edir və iki ölkə arasında etimadın möhkəmlənməsinə, bununla da qanunverici orqanlarımız arasında əməkdaşlığın inkişafına töhfə verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti