...

Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir - Baş Nazir

Siyasət Materials 30 Mart 2025 14:12 (UTC +04:00)
Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir - Baş Nazir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, məktubda deyilir:

"Hörmətli Əli Əsədov, Belarus Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə təbriklərinizə görə səmimi minnətdarlığımı qəbul edin. Əminəm ki, Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq dost xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı hörmət və etimadlı dialoq şəraitində inkişaf edəcəkdir. Hörmətli Əli Əsədov, fürsətdən istifadə edərək, Sizə cansağlığı, mühüm dövlət vəzifələrinin həllində yaradıcılıq enerjisi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti