...

Antalya Dimplomatik Forumu bölünmüş dünyada diplomatiyanın səsinə çevrilib - Hakan Fidan

Siyasət Materials 11 Aprel 2025 16:54 (UTC +04:00)
Antalya Dimplomatik Forumu bölünmüş dünyada diplomatiyanın səsinə çevrilib - Hakan Fidan
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Antalya Diplomatik Forumu dünyadakı fikir ayrılıqlarına baxmayaraq dialoq və diplomatiyanın səsinin eşidilməyə davam etdiyi qlobal mərkəzə çevrilib.

Trend xəbər verir ki, bunu bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan 4-cü Antalya Diplomatik Forumunun açılış mərasimində deyib.

"Aralıq dənizinin qəlbində biz sadəcə bir forum deyil, bəşəriyyətin vicdanını təcəssüm etdirən ideyalar platforması qururuq. Biz bu forumu misli görünməmiş hadisələrin olduğu bir vaxtda keçiririk. Hər il genişlənən bu platforma Şimalla Cənubu, Şərqlə Qərbi, dövlət və mütəfəkkirləri, diplomatları və gəncləri bir masa arxasında birləşdirir. Bu il isə forumumuz bir daha müxtəlif səsləri, baxışları və həll yolları axtarışlarını bir araya gətirir", - o bildirib.

Türkiyənin XİN rəhbəri əlavə edib ki, 4-cü forumun ruhunun altında yatan əsas dəyərlər plüralizm, əhatəlilik və kollektiv müdriklikdir: "Bu keyfiyyətlər sayəsində forum qısa müddət ərzində hörmətli və tanınan beynəlxalq platformaya çevrilib".

Hakan Fidan vurğulayıb ki, bu gün dünya təkcə texnoloji transformasiyalar və siyasi dəyişikliklər dövrünü deyil, həm də diplomatiyanın mahiyyətinin köklü şəkildə dəyişdiyi bir dövrü yaşayır.

"Bu gün diplomatiyaya yalnız bağlı qapılar arxasında və dəhlizlərdə baş verən fəaliyyət kimi baxmaq səhvdir. Yeni dövr diplomatiyaya daha çoxqatlı və daha dinamik yanaşma tələb edir. Başqa sözlə, beynəlxalq münasibətlər bu gün artıq sərhədləri aydın olan sabit sistem deyil, görünməz şəbəkələrlə bölünmüş dinamik bir kainatdır", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti