...

Bakı konfransı islamofobiya ilə mübarizə istiqamətində atılmış vacib addımdır - Ümumdünya Fətva Orqanlarının baş katibi

Siyasət Materials 26 May 2025 13:06 (UTC +04:00)
Bakı konfransı islamofobiya ilə mübarizə istiqamətində atılmış vacib addımdır - Ümumdünya Fətva Orqanlarının baş katibi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakı konfransı islamofobiya ilə mübarizə istiqamətində atılmış vacib addımdır.

Bunu Trend-ə Ümumdünya Fətva Orqanlarının baş katibi İbrahim Negm Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində deyib.

“Bu gün biz islamofobiyanın qlobal şəkildə artdığını müşahidə edirik və bu, real problem kimi diqqətimizi cəlb etməli, düzgün şəkildə qiymətləndirilməlidir. Biz əminik ki, bu vəziyyətin həllində bizim də öz rolumuz var. Günahı başqalarının üzərinə atmaqla, sağçıları və ya ayrı-ayrı dinləri islamofobiyanın yayılmasında günahlandırmaqla kifayətlənə bilmərik. Biz özümüzə sual verməliyik: islamofobiya hallarının artmasının qarşısını almaq üçün biz nə etmişik?”, – deyə o bildirib.

İ.Negm qeyd edib ki, Bakıda keçirilən konfrans bu vəziyyətə obyektiv yanaşmaq və islamofobiya ilə mübarizənin effektiv yollarını təklif etmək baxımından mühüm addımdır.

“İslamofobiya təkcə müsəlmanlara qarşı nifrət deyil, bu, beynəlxalq sabitlik və qlobal nizam üçün ciddi təhdiddir. Nəticə etibarilə islamofobiya ilə mübarizə dünyadakı qeyri-sabitliyin azalmasına və çətinliklərin aradan qaldırılmasına töhfə verə bilər. Bu baxımdan, inanıram ki, Bakıda keçirilən bu görüş qarşıdakı aylar üçün prioritetlərin müəyyənləşdirilməsi istiqamətində mühüm addım olacaq”, – deyə təşkilatın baş katibi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti