...

İslamofobiya Fransanın daxili siyasətində özünü aydın şəkildə büruzə verir -Jan-Mişel Brün

Siyasət Materials 26 May 2025 16:46 (UTC +04:00)
İslamofobiya Fransanın daxili siyasətində özünü aydın şəkildə büruzə verir -Jan-Mişel Brün
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiya Fransanın daxili siyasətində özünü aydın şəkildə büruzə verir.

Trend xəbər verir ki, bunu fransız “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Mişel Brün Bakıda keçirilən “İslamafobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda deyib.

“Bu gün Fransa islamofob mühitdə nəzərəçarpan yer tutur. Bəzi qeyri-hökumət təşkilatları onu dünyanın ən irqçi ölkələrindən biri hesab edir və o, xüsusilə qonşu dövlətlərə mənfi təsir göstərərək islamofobiya adlı bir növ “yoluxucu virus” yayır. Bu islamofobiya daxili siyasətdə - islam dininə etiqad edən və ya sadəcə müsəlman kimi qəbul olunan Fransa vətəndaşlarının damğalanması ilə - açıq şəkildə özünü büruzə verir”, – deyə o bildirib.

Brünün sözlərinə görə, islamofobiya xarici siyasətdə də – məsələn, müsəlmanların çoxluq təşkil etdiyi Tunis, Əlcəzair və, əlbəttə, Azərbaycan kimi ölkələrlə münasibətlərin kəskinləşməsində nəzərə çarpır.

“Bu cür ritorika ilk növbədə media və sosial şəbəkələr vasitəsilə yayılır və norma halını alır. Bu platformaların alqoritmləri nifrət mühitini qidalandırır və gücləndirir. Nifrət mühitini isə siyasətçilər qoruyub saxlayır. Onlar sanki bir qapalı halqaya düşərək ‘ictimai rəyə’ uyğunlaşmağa çalışırlar – həmin rəyi isə əsasən sosial şəbəkələrdən götürürlər. Son parlament hesabatına görə, Fransız mediasında dünyəvi prizma hökm sürür və bu prizma çərçivəsində islam ilk növbədə bir təhlükə kimi təqdim olunur”, – deyə Brün qeyd edib.

Brün vurğulayıb ki, Fransız mediası Qarabağın azad olunmasını müsəlman ölkəsinin xristian torpağına qarşı təcavüzü kimi işıqlandırıb.

“İrqçiliyin ən hiyləgər formalarından biri – irqçiliyin öz faktının inkarıdır. Fransada ‘islamofobiya’ sözünün özü bir çox siyasətçi tərəfindən rədd edilir”, – deyə o bildirib.

Brün qeyd edib ki, islamofobiyanın sadəcə dilə gətirilməsi belə, “terrorizmin təbliği” adı altında cinayət təqibinə səbəb ola bilər.

“"İslamofobiya" termini dinə edilən tənqidi boğmaq üçün icad edilib deyə bir yalan yayılmaqdadır. Bu söz sadəcə islam və müsəlmanlara qarşı sistematik düşmənçiliyi ifadə edir. Amma bu düşmənçilik artıq Fransada ciddi ictimai problemə çevrilib”, -deyə o əlavə edib.

Brünün sözlərinə görə, institusional islamofobiyanın təzahürlərindən biri də müsəlmanların ictimai sahədə son dərəcə az təmsil olunmasıdır. Xəbərlərdə və debatlarda islam haqqında çox danışılır, lakin müsəlmanların özlərini çox nadir hallarda eşitmək olur.

“Televiziya kanalları real alimləri, tədqiqatçıları və ya ekspertləri yox, açıq şəkildə islamofob mövqe tutan şərhçiləri dəvət etməyə üstünlük verirlər. Halbuki həmin mütəxəssislər islamı humanist və obyektiv şəkildə, ərəb-mədəni dəyərlərinə uyğun təqdim edə bilərdilər. Lakin bu, əlbəttə ki, institusional islamofobiyanın yaydığı siyasi gündəmə zidd olardı”, - deyə “Musulmans en France” portalının baş redaktoru sonda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti