...

İslamofobiya ilə mübarizə investisiya tələb edir - Jan-Mişel Brün

Siyasət Materials 26 May 2025 22:04 (UTC +04:00)
İslamofobiya ilə mübarizə investisiya tələb edir - Jan-Mişel Brün
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiya ilə mübarizə investisiya tələb edir.

Bunu Trend-ə Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru, Parisin "La Gazette du Caucase" onlayn qəzetinin baş redaktoru Jan-Mişel Brün Bakıda "İslamofobiya: qərəzlərin ifşası və stiqmanı məhv etmək" mövzusunda beynəlxalq konfransın kuluarlarında deyib.

"Fransa islamofobiyada ön sıralardadır. Dünyanın ən islamafob və irqçi ölkələrindən biri hesab olunur. Və təbii ki, media bu islamafob qərəzi yayır", - deyə o bildirib.

Onun sözlərinə görə, əsas medianın çox hissəsi İslama öz baxışlarını təbliğ edən və ona qarşı mübarizə aparan ifrat sağçı milyarderlərə məxsusdur.

"Bunun qarşısını almaq üçün əks məlumat yaratmaq lazımdır. Qəzet açmaq, kitab yazmaq, sənədli filmlər çəkmək, məktəblər tikmək üçün investisiya lazımdır", - deyə Jan-Mişel Brün vurğulayıb.

O qeyd edib ki, bu gün sözdən əmələ keçmək, əməli həll yollarına diqqət yetirmək xüsusilə vacibdir.

"Belə forumlar, şübhəsiz ki, vacibdir, çünki burada islamafobiya müzakirə olunur", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti