...

Bir sıra ölkələrdəki qanunlar müsəlman hüquqlarının məhdudlaşdırılmasına hədəflənib - Abdülməcid Nəcər

Siyasət Materials 27 May 2025 11:17 (UTC +04:00)
Bir sıra ölkələrdəki qanunlar müsəlman hüquqlarının məhdudlaşdırılmasına hədəflənib - Abdülməcid Nəcər
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bir sıra ölkələrdə qanunlar təhlükəsizliyin və qayda-qanunun təmin olunması görüntüsü altında müsəlmanların hüquqlarının məhdudlaşdırılmasına hədəflənib.

Trend xəbər verir ki, bunu Qətərin Beynəlxalq Müsəlman Alimlər İttifaqının vitse-prezidenti Abdülməcid Nəcər Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda etdiyi çıxışda bildirib.

“Biz ələlxüsus Avropada İslamı qəbul edənlərin arasında artım müşahidə edirik. Bəzi dairələr, xüsusən də KİV insanların İslamla bğlı rəylərini dəyişmək üçün, onun artımına mane olmaq üçün öz təsir güclərindən istifadə edirlər. Onlar bu alətlərdən sui-istifadə etməklə, İslam və müsəlmanlar haqda neqativ obraz formalaşdırırlar”, - deyə o bildirib.

Nəcər qeyd edib ki, ələlxüsus Avropa ölkələrində yer alan müasir qanunlar müxtəlif bəhanələr altında müsəlman hüquqlarının məhdudlaşdırılmasına hədəflənib. O qanunları formal olaraq neytral kimi təqdim etməyə çalışsalar da, onlar, əslində, İslamofobiyanın artımına, ayrıseçkiliyin leqallaşmasına təkan verir və müsəlmanlara qarşı ictimai nifrəti artırmış olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti