...

İslamofobiya problemi qlobal xarakter daşıyır - Almaniyanın Müsəlman Mərkəzi şurasının sədri

Siyasət Materials 27 May 2025 11:53 (UTC +04:00)
İslamofobiya problemi qlobal xarakter daşıyır - Almaniyanın Müsəlman Mərkəzi şurasının sədri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiya problemi qlobal xarakter daşıyır.

Trend xəbər verir ki, bunu Almaniyanın Müsəlman Mərkəzi şurasının sədri Əbdülsəməd Əl Yezidi Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda etdiyi çıxışda söyləyib.

“BMT-nin islamofobiya məsələləri üzrə səfir təyin etməsi mühüm addımdır, ancaq bu kifayət etmir: problem qlobal xarakter daşıyır və bütün humanist dəyərlərə ziddir. Almaniyada, məsələn, parlamentdə müsəlmanlara qarşı açıq-aşkar nifrət ifadə olunur və bu hətta alqışlarla müşayiət edilir – heç bir digər dinə qarşı bu cür münasibət göstərilmir”, - deyə o bildirib.

Onun sözlərinə görə, nifrət və ayrı-seçkiliklə mübarizə yalnız müsəlmanların işi olmamalıdır – bu, hər kəsə aiddir.

“Avropada radikal meyillər getdikcə daha təhlükəli xarakter alır və beynəlxalq ictimaiyyət bu təhlükəyə sinə gəlmək üçün birgə addımlar atmalıdır”, – deyə Əl Yezidi vurğulayıb.

O qeyd edib ki, islamofobiya səhvən yalnız müsəlmanlara aid bir problem kimi qəbul olunur. Halbuki bu cür hallar, o cümlədən, insanlar arasında parçalanma yaratmaq məqsədi güdən bəzi qrupların fəaliyyəti zorakılıq və insan tələfatı ilə nəticələnir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti