...

Gənclər sülh quruculuğu prosesinə cəlb olunmalıdırlar - Mərkəz rəhbəri

Siyasət Materials 27 May 2025 14:18 (UTC +04:00)
Gənclər sülh quruculuğu prosesinə cəlb olunmalıdırlar - Mərkəz rəhbəri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası tərəfindən 2015-ci ildə qəbul edilmiş 2250 saylı qətnamə cəmiyyətdə gənclərin roluna diqqət çəkən mühüm bir mərhələ olub.

Trend xəbər verir ki, bunu ABŞ-nin Beynəlxalq Din və Diplomatiya Mərkəzinin icraçı direktoru Martin Miller (Martine Miller) Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, 2015-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 2250 saylı qətnamə gənclərin cəmiyyətdəki rolu, onların iştirakının və səslərinin eşidilməsinin əhəmiyyəti, habelə öz icmalarında sülhün bərqərar olunmasına verdikləri töhfəni ön plana çıxarır.

“Bu təşəbbüsün ideyası və təşviqi birbaşa gənclərin özləri tərəfindən irəli sürülüb”, - deyə Miller vurğulayıb.

Onun sözlərinə görə, qətnamənin icra olunması istiqamətində fəal iş aparılır, hərçənd onun qəbulundan əvvəl də gənclərin fəaliyyəti nəzərə çarpırdı.

“Əvvəllər gənclər tez-tez "saatlı bomba" kimi təqdim olunurdu. Amma əslində, onlar yönləndirilməsi lazım olan bir dalğadır. Gənclər görünməli, eşidilməli və sülh quruculuğu və təhlükəsizliyin təmin olunması prosesinə tamhüquqlu tərəfdaşlar kimi cəlb edilməlidirlər”, - deyə Miller əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti