...

Gənclərlə əməkdaşlıq pozitiv dəyişikliklərin güclü hərəkətverici qüvvəsinə çevrilə bilər - Muhamməd Antoni

Siyasət Materials 27 May 2025 14:27 (UTC +04:00)
Gənclərlə əməkdaşlıq pozitiv dəyişikliklərin güclü hərəkətverici qüvvəsinə çevrilə bilər - Muhamməd Antoni
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərlə əməkdaşlıq pozitiv dəyişikliklərin güclü hərəkətverici qüvvəsinə çevrilə bilər.

Trend xəbər verir ki, bunu Maarif vəTəhsil İnstitutunun sədri, İndoneziyanın Müsəlman Gənclər Forumunun Beynəlxalq məsələlər üzrə icraçı direktoru Muhamməd Antoni Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda bildirib

“Gənclərlə əməkdaşlıq pozitiv dəyişikliklərin güclü hərəkətverici qüvvəsinə çevrilə bilər. Amma bunun üçün o, ümumi məqsədlərə, qarşılıqlı hörmətə və kollektiv görüşə əsaslanmalıdır”, - deyə Antoni bildirib.

O vurğulayıb ki, belə tərəfdaşlığın əsas məqamlarından biri gəncləri dinləmək, onların mövqeyini ifadə etməsinə şərait yaratmaq və cəmiyyət həyatında iştirak imkanını təmin etməkdir.

Antoninin sözlərinə görə, ələlxüsus tələbələr olmaqla, gənclərin əməkdaşlıq və qərar qəbuletmə proseslərinə fəal şəkildə cəlb olunması olduqca vacibdir.

Onun fikrincə, gənclərin səsinin inklüzivliyi daha dolğun həll yollarının hazırlanmasına, təşkilati bacarıqların inkişafına, özünəinamın artmasına və gənclərdə ictimai həyatın fəal iştirakçısına çevrilmək hazırlığının formalaşmasına töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti