...

Bakıda “Yaşıl enerji və dayanıqlılıq sahəsində universitetlərin rolu” mövzusunda beynəlxalq konfransın açılışı olub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 2 Dekabr 2025 10:53 (UTC +04:00)
Bakıda “Yaşıl enerji və dayanıqlılıq sahəsində universitetlərin rolu” mövzusunda beynəlxalq konfransın açılışı olub (FOTO) (YENİLƏNİB)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

ADA universitetində “Yaşıl enerji və dayanıqlılıq sahəsində universitetlərin rolu” mövzusunda beynəlxalq konfransın açılışı olub.

Trend xəbər verir ki, iki gün davam edəcək konfrans ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) tərəfindən, Azərbaycan Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirlik (AQEM) ilə tərəfdaşlıq çərçivəsində keçirilib.

ADA Universiteti, İnkişaf ve Diplomatiya İnstitutu (IDD), Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) və AQEM-in tərəfdaşlığı ilə həyata keçirilən konfransda ev sahibi - Azərbaycan, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Fələstin, Hindistan, İordaniya, İraq, İran, İsrail, Koreya Respublikası, Qazaxıstan, Qırğızıstan Respublikası, Misir, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan, Tailand, Türkiyə və Vyetnam da daxil olmaqla 21 üzv ölkədən 50-dən çox professor, tədqiqatçı, ekspert və universitet nümayəndəsi iştirak ediblər.

Tədbirdə universitetlərin enerji səmərəliliyinin artırılmasındakı rolu, “yaşıl” texnologiyaların tətbiqi, yaşıl enerji və dayanıqlılıq sahəsində regional əməkdaşlıq, bərpa olunan enerji və enerji səmərəliliyi üzrə texnoloji yeniliklər kimi mövzular müzakirə olunub.

İki gün davam edəcək konfrans universitetlərin enerji səmərəliliyinin artırılmasında rolu, yaşıl texnologiyaların tətbiqi, yaşıl enerji və dayanıqlılıq üzrə regional əməkdaşlıq, bərpa olunan enerji və enerji səmərəliliyində texnoloji innovasiyalar kimi mövzuları əhatə edəcəkdir. Tədbir, həmçinin, iştirakçı universitetlər arasında yeni tərəfdaşlıq təşəbbüslərinin müzakirəsi və AQEM çərçivəsində birgə layihələrin əsaslarının qoyulması üçün platforma rolunu oynayır.

Açılış mərasimində ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibinin müavini Zhang Ling və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, COP29 Azərbaycan üzrə baş danışıqçı Yalçın Rəfiyev çıxış ediblər. Çıxışlarda iqlim dəyişikliklərinə qarşı mübarizədə universitetlərin artan rolu, regional həmrəyliyin əhəmiyyəti və COP29 çərçivəsində əldə olunan nailiyyətlər xüsusi vurğulanıb.

Konfransda ilk çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib ki, bu gün ADA Universitetində beynəlxalq Konfrans təşkil olunub. Konfransa 42 ölkədən iştirakçı qatılıb və fəaliyyət göstərəcəklər.

Onun sözlərinə görə, Azərbaycan bu il AQEM-də (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) sədrlik edir. Azərbaycan sədrliyi çərçivəsində bir neçə təşəbbüs, layihə və proqram irəli sürüb:

"Bunlar arasında Asiyada yerləşən universitetlərin birləşməsi, onların arasında şəbəkələşmənin yaradılması, qitə ölkələri arasında akademik mübadilələr, əməkdaşlıq və qarşılıqlı elmi-tədqiqatların aparılması da var. ADA Universiteti Asiya universitetləri arasında AQEM təşkilatı çərçivəsində sədr seçilib və artıq bir ildən çoxdur ki, ADA Asiya universitetlərini birləşdirərək müxtəlif konfranslar və tədbirlər təşkil edir".

Deputat qeyd edib ki, bugünkü konfransın əsas məqsədi Asiya universitetləri arasında iqlim dəyişiklikləri üzrə əməkdaşlıq platformasının yaradılmasıdır:

"Burada "yaşıl enerji", iqlim keçidi və Qarabağda aparılan işlər müzakirə ediləcək, Azərbaycan öz təcrübəsini bölüşəcək. Alimlər və professorlar arasında fikir mübadiləsi aparılacaq, birgə layihələr nəzərdən keçiriləcək.

Azərbaycanın AQEM təşkilatında sədrliyi davam edir. ADA Universiteti növbəti il üçün də müxtəlif proqramlar və planlar hazırlayıb. Akademik və elmi mübadilələr, Asiya universitetləri arasında professorların birgə şəbəkəsinin yaradılması – bütün bu fəaliyyətlər iki il ərzində davam edəcək.

Biz ümid edirik ki, 42 ölkədən gələn qonaqlar Azərbaycanın reallıqları, iqlim siyasəti və COP29-da görülən işlərlə tanış olacaq və öz ölkələrində də müəyyən elmi işlərdə bunlardan istifadə edəcəklər.

Konfrans iki gün davam edəcək. Bakı ətrafındakı "yaşıl enerji" ilə bağlı müxtəlif layihələr ziyarət olunacaq. 4 paneldə elmi müzakirələr də təşkil ediləcək. İştirakçılar həmçinin ADA Universiteti ilə ikitərəfli birgə layihələri müzakirə edəcəklər".

Daha sonra Azərbaycanın Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, Azərbaycan Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin (AQEM) möhkəmləndirilməsi yolunda bağlayıcı halqa rolunu oynamaqda davam edəcək.

“Azərbaycanın sədrliyi dövründə ən mühüm prioritetlərdən biri təhsil və elmdir. Təsadüfi deyil ki, sədrliyi qəbul etdikdən sonra keçirdiyimiz ilk tədbir fevral ayında aparıcı universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin Koordinasiya Şurasının təsis toplantısı oldu. Bu şəbəkənin tamdəyərli şəkildə işə düşməsi isə bugünkü konfransın keçirilməsinə imkan yaradan mühüm nailiyyətlərimizdən biridir”, – deyə o bildirib.

O vurğulayıb ki, Şəbəkə ali təhsil sistemləri, universitetlər və AQEM üzv dövlətlərinin akademik dairələri arasında tərəfdaşlığın möhkəmləndirilməsi, akademik mübadilənin təşviqi və birgə tədqiqatların inkişafı məqsədilə yaradılıb.

O, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş Assambleyasına ev sahibliyi etməyə hazırlaşdığını əlavə edib.

Öz növbəsində AQEM baş katibinin müavini Çjan Lin ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıq sahəsində universitetlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib ki, “yaşıl” enerji məsələləri Asiya üzrə Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (AQEM) regionunun inkişafı üçün əsas aspektə çevrilir.

“Surətlə dəyişən dünyada universitetlər cəmiyyətimizin gələcəyinin formalaşdırılmasında mühüm rol oynayır. Onlar yalnız bilik və təhsil mərkəzləri deyil, həm də elmi əsaslı siyasətin formalaşdırılması, innovasiyaların və elmi əməkdaşlığın təşviqi, eləcə də gənclərin yeni çağırışların həlli üçün tələb olunan bacarıq və dəyərlərlə təmin edilməsi baxımından mühüm institutlardır”, - deyə o vurğulayıb.

Çjan Lin həmçinin qeyd edib ki, “yaşıl” və dayanıqlı enerji məsələləri çoxdan təkcə texnoloji və ya iqtisadi aspekt olmaqdan çıxıb. Bu sahə artıq milli dayanıqlılıq, enerji təhlükəsizliyi və bütövlükdə AQEM regionunun uzunmüddətli inkişafı üçün əsas amillərdən birinə çevrilir.

“AQEM Katibliyi əmindir ki, bu konfrans əməkdaşlığın gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və AQEM regionunda dayanıqlı inkişafın təşviqi üzrə birgə səylərin möhkəmləndirilməsi istiqamətində konstruktiv addım olacaq”, - deyə baş katibin müavini yekunlaşdırıb.

Bundan başqa, proqramın “Ali Təhsilin Yaşıl Enerji və Dayanıqlılığa Təsiri” mövzusuna həsr olunmuş ilk panelində Azərbaycan, Özbəkistan, Tayland, İordaniya, Çin və Vietnamdan olan panelist və müzakirəçilər ali təhsil müəssisələrinin yaşıl enerji sahəsində rolu, davamlı inkişaf strategiyaları və regional əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ADA Universiteti tərəfindən 2025-ci ilin sentyabr ayından etibarən birgə həyata keçirilən tədqiqat layihəsi konfrans çərçivəsində “Yaşıl və Dayanıqlı Bərpa: Azərbaycan Təcrübəsi” panelində təqdim olunub. Layihə çərçivəsində Ağdam, Füzuli, Şuşa və Zəngilanda keçmiş məcburi köçkünlərlə aparılan sorğunun nəticələri əsasında onların sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişaf istiqamətində tövsiyələr, innovativ yanaşmalar və gələcək perspektivlər nümayiş etdirilib.

Paneldə həmçinin, Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Şamxal Muxtarov və Azərbaycan Respublikasının Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Nərgiz Qaracayeva çıxış edərək işğaldan azad olunan ərazilərdə davamlı inkişaf və dayanıqlılııq istiqamətində görülən işlər, o cümlədən ağıllı kənd konseptləri barədə məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti