...

Elmdə “xüsusi təyinatlılar” yetişdirməklə elmin Şuşasını fəth etməyə nail ola bilərik - Zahid Oruc

Siyasət Materials 3 Dekabr 2025 10:31 (UTC +04:00)
Elmdə “xüsusi təyinatlılar” yetişdirməklə elmin Şuşasını fəth etməyə nail ola bilərik - Zahid Oruc
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Elmdə “xüsusi təyinatlılar” yetişdirməklə elmin Şuşasını fəth etməyə nail ola bilərik.

Trend xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı "Sosial-siyasi elmlər, müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər" mövzusunda keçirilən dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc çıxışında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı qələbəmizin təkcə hərbi deyil, həm də intellektual müstəvidə qazanıldığının sübutu idi:

"Elm və texnologiya milli inkişafın aparıcı qüvvəsidir. Lakin AMEA adı xarici təsirin simvoluna çevrilmiş, büdcə vəsaitlərinin mənimsənilməsi və idarəetmədə səmərəsizlik kimi problemlərlə gündəmə gəlmişdi. Hakimiyyətdə islahatlar dərinləşdikcə, elmdə də şəffaflaşma və təmizlənmə prosesi sürətlənəcək, bu da suverenliyimizi daha da möhkəmləndirəcək.

Mövcud dünya düzəninin təməl prinsiplərinin dəyişməsi və yeni sistemin hələ tam formalaşmaması sosial-siyasi elmlər qarşısında ciddi çağırışlar yaradır. Son onilliklər ərzində dövlət elmin inkişafı üçün bir sıra strategiyalar qəbul edib və bu sahədə sistemli yanaşma formalaşdırıb".

O qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı araşdırmalar ölkədə beyin köçünün 39,7 faiz olduğunu göstərir. Bu isə elmi potensialın qorunmasını strateji prioritetə çevirir.

"Əsas yanaşma orta məktəblərdən – kompüter və informasiya texnologiyalarının inkişafından başlanmalıdır. Elmi tədqiqat proqramlarının yalnız mərkəzdə cəmlənməsi və bölgələr üzrə bərabər paylanmaması başlıca problemlərdən biridir.

Azərbaycan dövləti İsrailin müasir raket texnologiyalarından yalnız hərbi sahədə deyil, həm də elmi bilik və innovasiya modelindən faydalana bilər. Elmdə “xüsusi təyinatlılar” yetişdirməklə elmin Şuşasını fəth etməyə nail ola bilərik", - deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti